Atəşkəsin qüvvəyə minməsi və İsrail ordusunun (CAXAL) “sarı xətt”ə çəkilməsindən sonra HAMAS-ın “Saham” bölməsi “qanunu pozan əməkdaşları və ticarətçiləri” aşkar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Paylaşılan videoda HAMAS fəalları günün ortasında, insanların gözü qarşısında Qəzza sakininin ayağından atəş açır — ehtimal olunur ki, o, ağır cinayət törətməyib... əks halda güllə başına dəyərdi. Eyni zamanda Qəzza mənbələri Qəzza şəhərinin Sabra rayonunda HAMAS fəalları ilə D’amash qəbiləsinin üzvləri arasında silahlı toqquşmaların baş verdiyini bildirir. D’amash qəbiləsi HAMAS-la keçmişdən bəri münaqişələrə malikdir və çoxlu sayda sələfi tərəfdarları ilə tanınır (onların bir çoxu Sinayda İŞİD-in fəalları olub). Джавид Дамирли TEREF.net