Rusiyadan buğda alan ölkələrin sayı 50-dən 30-a düşüb

6-11-2025, 16:14           
Rusiyadan buğda alan ölkələrin sayı 50-dən 30-a düşüb
Rusiyadan taxıl ixracı 2025-ci ilin oktyabr ayında 20 % azalıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının analitik departamentinin direktoru Yelena Tyurina bildirib.

Onun sözlərinə görə, Rusiya 2024-cü ilin oktyabr ayında xaricə təxminən 8 milyon ton taxıl göndərib, lakin hazırda bu həcm 6,454 milyon tona düşüb. Bu arada, buğda ixracı 14,2 % azalaraq 6,024 milyon tona düşüb.

Rusiyadan buğda alan ölkələrin sayı 50-dən 30-a düşüb. Misir ən böyük alıcı olaraq qalır, lakin hətta orada da alışlar 16,3 % azalaraq 1,307 milyon tona düşüb. Türkiyə idxalını təxminən ikiqat artıraraq 883 min tonla ikinci yeri tutub. İrandan alışlar da əhəmiyyətli dərəcədə - 4,8 dəfə artaraq 545 min, Banqladeşdən 1,7 dəfə artaraq 495 min, Liviyadan təxminən üç dəfə artaraq 290 min və Səudiyyə Ərəbistanından isə beş dəfə artaraq 153 min tona çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru