Fransa vətəndaşı pişiyinə görə ciddi ziyana düşdü

6-11-2025, 16:38           
Fransa vətəndaşı pişiyinə görə ciddi ziyana düşdü
Fransada ev pişiyi üzündən qonşular arasında qeyri-adi məhkəmə mübahisəsi yaranıb.

"Oddity Central" nəşri xəbər verir ki, Yero bölgəsindən olan 70 yaşlı qadın pişiyinin qonşunun mülkünə zərər vurduğuna görə 1 250 avro məbləğində cərimələnib.

Məlumata görə, qonşunun şikayəti əsasında keçirilən məhkəmə zamanı ev heyvanının qonşunun evində pəncə izləri buraxması, evi və bağı çirkləndirməsi sübut kimi təqdim olunub.

Məhkəmə, həmçinin pişiyin qonşunun əmlakına yenidən zərər vuracağı təqdirdə əlavə cərimələrin tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Lakin münaqişə bununla bitməyib. Məlum olub ki, Remi adlı pişik qadağaya baxmayaraq, yenidən qonşunun evinə daxil olub. Bu səbəbdən pişiyin sahibini əlavə olaraq 2 000 avro məbləğində cərimə gözləyir. Həmçinin pişik növbəti dəfə qonşunun həyətinə keçərsə, pişiyin sahibinə hər gün üçün 150 avro cərimə tətbiq olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru