Yaponiyada ordu ayılara görə səfərbər edildi

6-11-2025, 15:18           
Yaponiyada ordu ayılara görə səfərbər edildi
Yaponiya hərbçiləri ayı ovuna kömək məqsədilə ölkənin şimal dağlıq ərazilərinə göndəriliblər.

"Reuters" agentliyi xəbər verir ki, ordu qüvvələri sakinlərə qarşı çoxsaylı ayı hücumları ilə əlaqədar yerli hökumət orqanlarının müraciəti əsasında əraziyə çağırılıb.

Yerli əhalidən bir neçə həftədir ki, sıx meşəliklərə getməmək və hava qaraldıqdan sonra evdən çıxmamaq xahiş olunur.

Məlumata görə, ilin əvvəlindən bəri Yaponiyada insanlara qarşı 100-dən çox ayı hücumu qeydə alınıb, nəticədə 12 nəfər həyatını itirib.

Əməliyyata Kazuno şəhərindən start verilib. Qeyd olunur ki, hadisələrin təxminən yarısı məhz Kazunonun yerləşdiyi bölgədə baş verib.

Hərbçilərin vəzifəsi ayılara tələ qurmaqdan ibarət olacaq. Peşəkar ovçular isə vəhşi heyvanları zərərsizləşdirmək üçün silaha əl atacaqlar.

Bildirilir ki, Yaponiya hərbçiləri Kazunodan sonra Odate və Kitaakita şəhərlərinə də göndəriləcək. Əməliyyatların ayın sonuna qədər davam edəcəyi planlaşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru