Cənubi Koreya Trampın təklifini qəbul etmədi

7-11-2025, 07:54           
Cənubi Koreya Trampın təklifini qəbul etmədi
Cənuni Koreya hökuməti ABŞ-də deyil, öz torpaqlarında nüvə enerjisi ilə işləyən sualtı qayığın yaradılmasında maraqlıdır.

Yenicag.az “Yonhap”a istinadən xəbər verir ki, bunu Koreya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Sunq Lak deyib.

“Biz onu Koreya Respublikasında tikmək planını həyata keçiririk. Sualtı qayıqların inşası üçün Filadelfiya tərsanələrinə sərmayə qoymaq qeyri-realdır”, – o deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya Filadelfiyadakı gəmiqayırma zavodunda nüvə sualtı qayığı inşa etməyə icazə verəcəyini açıqlamışdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru