Bolqarıstan parlamenti prezidentin “LUKOIL” vetosunu ləğv etdi
7-11-2025, 17:34
Bolqarıstan parlamenti prezidentin “LUKOIL” vetosunu ləğv etdi.
Valyuta.az xəbər verir ki, Bolqarıstan Parlamenti prezident Rumen Radevin “İnvestisiyaların təşviqi haqqında” qanuna qoyduğu vetonu ləğv edib. Qanun 125 lehinə, 74 əleyhinə səslə qəbul olunub.
Dəyişikliklərə əsasən, “LUKOIL” şirkətinə məxsus aktivlərin satışı yalnız Nazirlər Kabinetinin qərarı ilə, Dövlət Təhlükəsizlik Agentliyinin (SANS) müsbət rəyi əsasında həyata keçiriləcək.
Qanun layihəsini GERB-UDF, MRF – Yeni Başlanğıc, BSP – Birləşmiş Sol və bir neçə müstəqil deputat dəstəkləyib. “Vazrajdane” və “Demokratik Bolqarıstan” partiyaları isə əleyhinə səs veriblər.
Müxalifət bu qərarı “bir şirkətə yönəlmiş hüquqi dəyişiklik” adlandırıb, hökumət isə bunun “Rusiya təsirindən qorunmaq üçün vacib addım” olduğunu bildirib.