Gürcüstanın 7 müxalif partiyası birləşmək qərarı verib

8-11-2025, 08:14           
Gürcüstanın 7 müxalif partiyası birləşmək qərarı verib
Gürcüstanın yeddi müxalif partiyası birgə bəyanat yayaraq konsolidasiya elan edib.

APA-nın yerli bürosu xəbər verir ki, sənədi “Axali”, “Girçi – Daha çox azadlıq”, “Droa”, Milli Demokrat Partiyası, Avropalı Gürcüstan, “Azadlıq meydanı” və Federalistlər partiyası imzalayıb.

Bəyanatda bildirilib ki, partiyalar hakimiyyəti xalqa qaytarmaq üçün sona qədər mübarizə aparacaqlar.

“Aramızda bir çox fikir ayrılıqları olsa da, bizi bir vəzifə birləşdirir: dinc mübarizə ilə rejimi dəyişdirmək. Mübarizəmiz sona qədər, qələbəyə qədər davam edəcək”, - sənəddə deyilir.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu Mixeil Saakaşvili, müxalifət liderləri - Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət işi açıldığını bildirib. Onlar dövlət əleyhinə bir sıra ağır cinayətlərdə ittiham olunurlar.

Bundan başqa, Gürcüstan parlamenti ötən həftə Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo - Güclü Gürcüstan” partiyasının fəaliyyətinin qadağan edilməsi iddiası ilə Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru