Rusiya və İran birgə gəmiçilik şirkətləri konsorsiumu yaradır

8-11-2025, 10:14           
Rusiya və İran birgə gəmiçilik şirkətləri konsorsiumu yaradır
Dağıstanda Rusiya və İran nümayəndə heyətləri iki ölkənin dəniz limanları arasında konteyner xəttinin açılması imkanları müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin (Rosmorreçflot) press-relizində deyilir.

"Rusiya və İran Mahaçqala dəniz limanı ilə İran dəniz limanları arasında konteyner xəttinin açılması imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin gəmiçilik şirkətləri konsorsiumunun yaradılması müzakirə olunub", - məlumatda deyilir.

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı çərçivəsində naviqasiya təhlükəsizliyinin təmin edilməsi, buraxılış qabiliyyətinin artırılması və Mahaçqala dəniz limanı tərəfindən daşınan yüklərin çeşidinin genişləndirilməsinə yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Xüsusən də yüksək texnologiyalı taxıl terminalının tikintisi və konteyner terminalının modernləşdirilməsi planlaşdırılır”, - məlumatda deyilir.

Təkmilləşdirilmiş liman infrastrukturunun tutumu 2030-cu ilə qədər 10 milyon tona çatdırılacaq.

Görüş zamanı Xəzər dənizində sərnişin daşımalarının inkişafı da müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru