"Reuters": Bolqarıstanda yanacaq ehtiyatları sürətlə tükənir

12-11-2025, 16:24           
"Reuters": Bolqarıstanda yanacaq ehtiyatları sürətlə tükənir
Bolqarıstanda yanacaq ehtiyatları sürətlə tükənir, ölkədə benzin ehtiyatları təxminən 35 günlük, dizel isə 50 günlük qalıb.

Bu barədə "Reuters" Bolqarıstan Dövlət Ehtiyatlar Agentliyinin nümayəndəsinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, ölkədə yanacaqla bağlı vəziyyət oktyabr ayının sonlarında ABŞ-nin Rusiyanın iki aparıcı neft korporasiyası - "LUKOIL" və "Rosneft"ə qarşı sanksiyalar tətbiq etdikdən sonra daha da pisləşib.

Bolqarıstanda "LUKOIL" şirkəti bu yaxınlara qədər Burqas şəhərindəki ən böyük neft emalı zavodunu idarə edirdi. Korporasiyaya, həmçinin ölkə üzrə yüzlərlə yanacaqdoldurma məntəqəsi məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru