ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi 2 milyarda başa gələ bilər

13-11-2025, 12:44           
ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi 2 milyarda başa gələ bilər
ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının Müdafiə Nazirliyinin (Department of Defense) adını “Müharibə Nazirliyi” (Department of War) olaraq dəyişdirmə qərarı ABŞ hökumətinə təxminən 2 milyard dollara başa gələ bilər.

APA xəbər verir ki, bu barədə “NBC News” mənbələrinə istinadən məlumat yayıb.

Bu addımın qüvvəyə minməsi üçün ABŞ Konqresinin təsdiqi tələb olunur. Qərarın həyata keçirilməsi minlərlə lövhənin, nişanın, sənəd blanklarının və nazirliyin adını daşıyan digər atributların dəyişdirilməsinə gətirib çıxaracaq.

Qeyd olunur ki, təkcə blankların və lövhələrin yenilənməsi təxminən 1 milyard dollara başa gələ bilər.

Pentagon isə bildirib ki, artıq ad dəyişikliyi üzərində işlər aparılır, lakin yekun xərclər hələ hesablanmayıb.

Xatırladaq ki, Tramp sentyabr ayının əvvəlində Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsinə dair fərman imzalamış və bu addımı dünyadakı cari vəziyyətə daha uyğun ad kimi əsaslandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru