İraq baş nazirinin koalisiyası parlament seçkisində qalib gəlib
13-11-2025, 11:18
İraqın indiki Baş naziri Məhəmməd əs-Sudaninin başçılıq etdiyi "Quruculuq və İnkişaf Koalisiyası" ölkənin Nümayəndələr Şurasına (parlament) keçirilən seçkidə qalib gəlib.
INA agentliyi xəbər verir ki, bu barədə İraqın Ali Seçki Komissiyası məlumat yayıb.
Koalisiya Bağdadda 410 mindən çox səs toplayıb, eləcə də Ən-Nəcəf və Kərbəla vilayətlərində də üstünlük əldə edib.
İlkin nəticələrə əsasən, Bağdadda ikinci yeri keçmiş parlament sədri Məhəmməd əl-Halbusi tərəfindən idarə olunan "Tərəqqi" bloku, üçüncü yeri isə keçmiş baş nazir Nuri əl-Maliki tərəfindən rəhbərlik edilən "Qanun dövləti" koalisiyası tutub.