ABŞ-dən 32 şəxs və şirkətə sanksiya – İranın raket proqramı hədəfdədir

14-11-2025, 10:14           
ABŞ-dən 32 şəxs və şirkətə sanksiya – İranın raket proqramı hədəfdədir
ABŞ Maliyyə Nazirliyi ballistik raket və pilotsuz uçuş aparatlarının istehsalında İrana dəstək verən 32 şəxs və şirkətə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Sitat.info ABŞ mediasına istinadən xəbər verir ki, bu şəxslər və şirkətlər İran, BƏƏ, Türkiyə, Çin, Honq Konq, Hindistan, Almaniya və Ukraynada fəaliyyət göstərir. Nazirlik bildirib ki, bu sanksiyalar raket yanacağı da daxil olmaqla əsas komponentlərin tədarükünü pozmaq və Tehrana yardım edənlərin ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq məqsədini daşıyır.

Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehrana öncədən bəyan edilmiş nüvə materialı ehtiyatlarını mümkün olan ən qısa müddətdə təsdiqləməyə icazə vermək barədə çağırış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru