Orban Rusiyanın nüvə silahından istifadə edə biləcəyini ehtimal edib

17-11-2025, 10:24           
Orban Rusiyanın nüvə silahından istifadə edə biləcəyini ehtimal edib
"Avropa İttifaqı və NATO hərbi və iqtisadi cəhətdən Rusiyadan qat-qat güclüdür, ona görə də Moskvanın hücumu riski ilə bağlı qorxular absurddur".

"Report"un məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban Almaniyanın "Axel Springer" media qrupunun rəhbəri Matias Döpfnerə müsahibəsində bildirib.

"Avropa Birliyində 400 milyondan çox insan var, Rusiyada isə 140 milyon və ya buna bənzər. Bizim ÜDM-imiz sürətlə artır, Rusiya isə tənəzzüldədir. 27 Aİ ölkəsinin hərbi potensialını cəmləsəniz, biz ruslardan qat-qat güclüyük. Əgər NATO öz imkanlarından tam istifadə etsəydi, onun maliyyə və hərbi qüdrəti artıq kifayət edər və Ramşteyn ölkələri kollektiv şəkildə daha da güclü olardı", - Orban deyib.

Orban vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanın nüvə silahından istifadə edə biləcəyini ehtimal edib: "Əgər nüvə dövləti adi müharibəni uduzsa, mən tam əminəm ki, hansı ölkədən danışdığımızdan asılı olmayaraq, nüvə riski dərhal yaranır", - Macarıstanın baş naziri izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru