Tramp Ağ Evdə Məhəmməd bin Salmanı qəbul edib 19-11-2025, 08:44 ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşüb.Moderator.az xəbər verir ki, ABŞ-a səfər edən Məhəmməd bin Salman üçün qarşılanma mərasimi keçirilib.Tramp Səudiyyə Ərəbistanı liderini qapıda qarşılayıb və sonra iki lider görüş üçün Oval Ofisə keçiblər.Görüş zamanı ABŞ Prezidenti Ər-Riyada F-35 sata biləcəklərini bildirib. Facebook-da paylaş