İrana xəbərdarlıq edildi: Yeni hücum olacaq

19-11-2025, 11:34           
İrana xəbərdarlıq edildi: Yeni hücum olacaq
“ABŞ və İsrailin hücumları İranın nüvə proqramını geri salıb, amma Prezident Donald Trampın iddiasının əksinə olaraq, o, məhv edilməyib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin İran üzrə keçmiş nümayəndəsi Robert Mali deyib.

Keçmiş rəsminin sözlərinə görə, hücumlar İsrailin İranın hava məkanında üstünlüyünə malik olduğunu və Tehranın qüvvə və obyektləri haqqında ətraflı məlumata malik olduğunu göstərdi:

“Bu da Tehranın nüvə proqramının yenidən qurulması ilə bağlı hesablamalarına təsir edə bilər. Əgər Tehran öz proqramını davam etdirmək niyyətindədirsə, iki dəfə düşünməlidir, çünki İsrail və Amerikanın onu izlədiyini bilir. ABŞ və İsrailin növbəti hücumlarına təəccüblənmərəm”.

Mali əlavə edib ki, Vaşinqton və Tehran sanksiyaların ləğvi və BMT təftişlərinin bərpası müqabilində uranın zənginləşdirilməsi qeyri-müəyyən müddətə dayandırılsa, bundan şoka düşməyəcək.

ABŞ-İran münasibətlərinin perspektivi ilə bağlı suala cavab olaraq o vurğulayıb ki, Trampın prezidentliyi dövründə ya daha çox hərbi gərginlik, ya da gözlənilməz diplomatik sıçrayış ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru