Ağ Ev Ronaldu ilə Trampı "tarixin ən böyük iki şəxsi" adlandırıb — FOTO

20-11-2025, 09:14           
Ağ Ev Ronaldu ilə Trampı "tarixin ən böyük iki şəxsi" adlandırıb — FOTO
Ağ Ev sosial media hesablarında ABŞ Prezidenti Donald Trampla portuqaliyalı futbolçu Kriştianu Ronaldu arasındakı görüşün videosunu yayımlayıb.

Demokrat.az xəbər verir ki, kadrlarda Ronaldu nişanlısı Corcina ilə Ağ Evin dəhlizində gəzərkən Trampla söhbət edir.

"Tarixin ən böyük iki şəxsi. CR7 x 45/47", - paylaşımda deyilir.

Bununla da, Ağ Ev portuqaliyalı futbolçunun forma nömrəsinə və Trampın ABŞ-nin 45-ci və 47-ci prezidenti olmasına işarə edir.

Xatırladaq ki, bundan əvvəl Ronaldu Tramp tərəfindən Ağ Evdə təşkil edilən şam yeməyində iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru