Polşa hərəkətə keçdi: 10 min əsgər hara göndərilir?

20-11-2025, 11:14           
Polşa hərəkətə keçdi: 10 min əsgər hara göndərilir?
Polşa dəmir yolları da daxil olmaqla, vacib infrastrukturu qorumaq üçün 10 min əsgər yerləşdirəcək.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Polşa Baş naziri Donald Tusk Volodimir Zelenskidən dəmiryol təxribatlarında iştirak edən Ukrayna vətəndaşları haqqında məlumat istəyib.

“Polşa Rusiya kəşfiyyat xidmətinin Ukrayna vətəndaşları ilə əməkdaşlığını sübuta yetirəcək bütün məlumatların dərhal ötürülməsini gözləyir”, – Tusk vurğulayıb.

Xatırladaq ki, Donald Tusk bir gün əvvəl Polşa kəşfiyyat xidmətinin Ukraynaya aparan dəmir yolunda təxribat törədən şübhəliləri müəyyən etdiyini açıqlayıb. Onların iki Ukrayna vətəndaşı olduğu açıqlanıb. Bildirilib ki, onlar uzun müddətdir Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirlər.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru