İranın sabiq prezidentindən XƏBƏRDARLIQ: İslam Respublikası süqut edə bilər

21-11-2025, 11:44           
İranın sabiq prezidentindən XƏBƏRDARLIQ:
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.

"Azad İran" xəbər verir ki, o, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu deyib.

İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən Xatəmi ölkəni "möhkəm ağaca" bənzədib.

"Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılması riski var. Ümid edirəm ki, belə vəziyyət yaranmaz", - deyə sabiq dövlət başçısı bildirib.

Mövcud şəraitdə, Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və "xarici təzyiqlərə təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini" ən uğurlu yol adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]