ABŞ-də pul müqabilində inəklərlə qucaqlaşmaq təklif olunur

21-11-2025, 17:18           
ABŞ-də pul müqabilində inəklərlə qucaqlaşmaq təklif olunur
ABŞ fermalarında inəklərlə ödənişli qucaqlaşmalar, ölkə daxilində və dünyada süd məhsullarının qiymətlərinin düşməsi fonunda fermerlər üçün əlavə gəlir mənbəyi kimi yenidən populyarlıq qazanıb.

Bu barədə "The Washington Post" qəzeti məlumat verib.

Qeyd olunur ki, bu xidmət ilk dəfə 2020-ci ildə koronavirus pandemiyası zamanı sosial təcridlə mübarizə aparmaq üsulu kimi populyarlaşmışdı. İndi istehsalçıların əlavə gəlirə ehtiyacları olduğu üçün bir çox fermerlər yenidən inəklərlə ödənişli qucaqlaşmalar təklif edir. BMT-nin məlumatlarına görə, oktyabr ayında süd məhsullarına olan qiymət indeksinin 5 bənd azalması müşahidə olunub. Azalma ardıcıl dördüncü aydır qeydə alınır.

Qəzet bu cür xidmətlər təklif etməyə başlayan süd fermalarına dair bir neçə nümunə gətirib. Onlardan bəziləri məhsul istehsalını tamamilə dayandırıb və inəklərlə ünsiyyət xidmətlərinin təqdim edilməsinə keçib. Fermerlər heyvanlara xüsusi olaraq təlim keçir ki, onlar insanların yanında otursunlar və onlara sığınsınlar. Bəziləri bunun üçün təkcə buzovlardan istifadə edirlər, çünki onların ölçüləri daha kiçikdir və insanlara etibar etməyi daha asan öyrənirlər. İnəklərlə bir saatlıq qucaqlaşma təxminən 30-40 dollar təşkil edir.

ABŞ-nin Kornell Universitetinin iqtisadçısı Kristofer Vulfun sözlərinə görə, inflyasiya səviyyəsinin artması səbəbindən ABŞ sakinləri restoranlara daha az baş çəkməyə başlayıblar. Bu da süd məhsullarına tələbatın azalmasına gətirib çıxarır. Bundan əlavə, fermer gəlirlərinin aşağı olmasının səbəbləri sırasında Tramp administrasiyasının digər ölkələrlə ticarət müharibələri də göstərilir. Gömrük rüsumları səbəbindən gübrələrin, texnikanın və avadanlıqların qiymətləri artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]