Çində dünyanın ən sürətli avtomobili nümayiş etdirildi
22-11-2025, 17:04
Çinin "Yangwang" idman avtomobilləri şirkəti "Y9 Xtreme" adlı xüsusi hazırlanan versiyasını təqdim edib.
Oxu.Az iz.ru-ya istinadən xəbər verir ki, bu model dünyanın ən sürətli avtomobili hesab olunur. "Yangwang Y9 Xtreme" Ginnesin Rekordlar Kitabına da düşüb.
Unikal avtomobilin sürəti Almaniyada xüsusi yarış yolunda 496.2 km/saata çatıb. Bu avtomobil üçün xüsusi olaraq hazırlanmış təkərlər 500 km/saata qədər sürət üçün nəzərdə tutulub.
"Yangwang Y9 Xtreme" modelindən 30 ədəd məhdud sayda istehsal ediləcək.