"Eli Lilly" bazar dəyəri bir trilyon dolları aşan ilk əczaçılıq şirkəti oldu

22-11-2025, 17:44           
"Eli Lilly" bazar dəyəri bir trilyon dolları aşan ilk əczaçılıq şirkəti oldu
"Eli Lilly" şirkəti çəki azaldılması dərmanlarına olan yüksək tələbat sayəsində dünyada bir trilyon dollar bazar dəyəri həddini aşan ilk əczaçılıq şirkəti olub.

Bu barədə "İnterfaks" agentliyi xəbər verir.

Bildirilir ki, ABŞ-nin "Eli Lilly" şirkətinin səhmlərinin qiyməti noyabrn 21-də 1.7% yüksəlib. İlin əvvəlindən bəri onun kapitallaşması 36% artıb. 2024-cü il ərzində isə şirkətin dəyəri 32% artmışdı.

O, 2023-cü ildə də dünyanın ən dəyərli əczaçılıq şirkəti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]