Aparıcı Avropa ölkələrinin liderləri hesab edirlər ki, ABŞ-nin Ukraynaya dair sülh planının ən azı dörd bəndində dəyişikliklər edilməlidir. Bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, avropalılar Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyini tanımaq təklifindən məmnun deyillər.
Bundan əlavə, onlar Ukrayna ordusunun say tərkibin azaldılmasını, təhlükəsizlik zəmanətlərini və dondurulmuş Rusiya aktivlərinin istifadəsini problemli məsələ hesab edir və onları ABŞ ilə müzakirə etmək niyyətindədirlər.
Məlumata görə, sülh planının Avropa versiyası artıq Vaşinqtona təqdim olunub.