Orban: "Macarıstan miqrantları ölkəyə buraxmaqdansa, gündə 1 milyon avro cərimə ödəməyə hazırdır"

23-11-2025, 09:08           
Orban: "Macarıstan miqrantları ölkəyə buraxmaqdansa, gündə 1 milyon avro cərimə ödəməyə hazırdır"
Macarıstan qanunsuz miqrantlara qarşı sıfır tolerantlıq siyasətindən imtina edib onları öz ərazisinə buraxmaqdansa, Avropa Komissiyasına gündə 1 milyon avro cərimə ödəməyə razı olardı.

Oxu.Az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu xarici turistləri Milad tətillərində ölkəyə səfər etməyə dəvət edərək bildirib.

"Qanunsuz miqrantları ölkəyə buraxmadığımız üçün Brüsseldən gündə 1 milyon avro cərimə? Biz ödəyəcəyik. Həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün. Qorxu içində yaşamaqdan daha yaxşıdır. Bu Miladda Macarıstana gəlin və Avropanı olduğu kimi görün", - Orban "X" paylaşımında yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]