Avstraliyada şagirdlərə cinsi zorakılıq edən müəllim cəzasız qaldı
24-11-2025, 16:44
Avstraliyada keçmiş müəllim şagirdlərə qarşı cinsi zorakılıq etsə də, cəzadan yayınıb.
Bu barədə "Mirror" məlumat yayıb.
Sidneyli ana dili müəllimi Helqa Lam 1978-1979-cu illər arasında 13 və 16 yaşlarında olan bir neçə oğlan şagirdə qarşı cinsi zorakılıq etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Keçmiş şagirdlər ona qarşı iddia qaldıraraq, 2,5 milyon Avstraliya dolları (2.7 milyon manatdan çox) təzminat qazansalar da, hakim 71 yaşlı qadını cəzadan azad edib.
Məhkəmənin qərarına görə, təxminən 50 il əvvəl anlayışlar fərqli olub və müəllim böyüklərlə yetkinlik yaşına çatmayanlar arasında cinsi davranışın nəticələrini başa düşməyib.