Avropada yay fəsli uzanır və istiləşir

24-11-2025, 16:24           
Avropada yay fəsli uzanır və istiləşir
Avropada yay fəsli uzanır və istiləşir. Alimlərin proqnozlarına görə, 2100-cü ilə qədər bu müddət 42 gün artacaq.

360.ru xəbər verir ki, tədqiqatçılar müasir müşahidələri təbii arxivlərlə - Avropa göllərindəki qədim lil təbəqələri ilə müqayisə ediblər. Bu çöküntülər 10.000 il ərzində mövsümi iqlim dəyişikliklərini qeydə alır və yay mövsümün sərhədlərinin necə dəyişdiyini anlamağa imkan verir.

Əsas amil Arktika və ekvatorda temperatur arasındakı fərqin zəifləməsi olub. Bu, Şimal qütbü ilə ekvator arasındakı temperatur kontrastını zəiflədir. Küləklər zəifləyir və istiqamətini dəyişir ki, bu da öz növbəsində yay mövsümünü uzadır.

İqlim alimlərinin fikrincə, temperatur kontrastının hər bir dərəcə zəifləməsi Avropaya təxminən altı əlavə yay günü bəxş edir. Bu isə o deməkdir ki, qitə 21-ci əsrin sonuna qədər 42 əlavə isti gün qazana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]