Almaniya məhkəməsində İLK: İqlim fəalları yarım milyon avroya yaxın cərimələndi

26-11-2025, 17:44           
Almaniya məhkəməsində İLK: İqlim fəalları yarım milyon avroya yaxın cərimələndi
Hamburq Dairə Məhkəməsi "Son Nəsil" radikal iqlim hərəkatının fəallarının "Lufthansa" aviaşirkətinə 400 min avrodan artıq təzminat ödəməsinə dair qərar çıxarıb.

Bu barədə "Bild" qəzeti xəbər verir.

Ümumi təzminatın məbləği 403 138 avro təşkil edir. Fəallar ödənişi yerinə yetirmədikdə, onları iki ilədək həbs cəzası gözləyir. Üstəlik, onlar təxminən 700 min avroluq məhkəmə xərclərini də ödəməlidirlər.

Nəşr qeyd edir ki, Almaniyada məhkəmə ilk dəfə olaraq bu qədər böyük məbləğdə təzminat ödənilməsini fəalların öhdələrinə qoyur.

Xatırladaq ki, 2023-cü il iyulun 13-də 10 fəal Hamburq hava limanının ərazisinə daxil olaraq, onun fəaliyyətinin dayanmasına səbəb olmuş, təkcə "Lufthansa" şirkəti həmin gün 57 uçuşu ləğv etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]