Roma Papası çoxarvadlılıqla bağlı fərman imzaladı

27-11-2025, 11:24           
Roma Papası çoxarvadlılıqla bağlı fərman imzaladı
Katoliklərə poliqamiya və polyamoriya qadağan edildi

Roma Papası Lev XIV katoliklik ardıcıllarının eyni anda bir neçə insanla evlənməsinə və intim münasibətlər qurmasına qadağa qoyan fərmanı imzalayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Çoxarvadlılıq və polyamoriya məsələsi 2023 və 2024-cü illərdə Vatikanın təşkil etdiyi iki sammitdə müzakirə olunub. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə kardinal və yepiskop bu tədbirlərdə iştirak edib. Müzakirələrin əsas səbəbi Afrikada poliqamiyanın geniş yayılması və Qərb ölkələrində polyamoriyanın populyarlaşması olub.

Vatikan yekun qərarında bildirib ki, kilsənin mövqeyində dəyişikliyə ehtiyac yoxdur. Katolik kilsəsi əvvəlki kimi hesab edir ki, evlilik yalnız bir kişi və bir qadın arasında ola bilər — özü də bir dəfə və ömürlük. Fərmanda qeyd olunur:

“Evlilik eyni ləyaqətə və bərabər hüquqlara malik iki insan arasında qurulan birlik olduğuna görə, bu birlik mütləq eksklüzivlik tələb edir.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]