Mohsen Rzai: Düşmənlər 12 günlük müharibədən əvvəl qonşulara torpaq vədi vermişdi
27-11-2025, 17:24
Keçmiş SEPAH komandiri Mohsen Rezai bildirib ki, 12 günlük müharibədən əvvəl düşmənlər İranın tək qaldığını düşünərək bəzi qonşulara torpaq vədi vermişdilər. Onun sözlərinə görə, şimal qonşu Azərbaycan, düşmən isə İsrail idi. Rezai əlavə edib ki, düşmənlər İran xalqının artıq 300 il əvvəlki vəziyyətinə qayıtmayacağını anlamadı. Tarixi baxımdan isə bu ifadə Qacarların meydanda tək qalması və Azərbaycan xalqının gücü ilə bağlı metaforik mənadır. O vurğulayıb ki, müharibənin ortalarında düşmənlər atəşkəs üçün yalvarırdı və indiyə qədər onların qəlblərində təlaş və qorxu mövcuddur. Bu açıqlama həm də İsrailin regiondakı hərbi fəaliyyətlərinə qarşı İranın narahatlığını göstərir. Analitiklər bildirirlər ki, əslində, regionun güc balansı Azərbaycanın strateji mövqeyi və ordusunun gücü ilə müəyyən olunur. https://t.me/tebriz_turan/84871 TEREF