Zelenski: ABŞ və Ukrayna arasında yeni görüş yaxın günlərdə keçirilə bilər

17-12-2025, 12:14           
Zelenski: ABŞ və Ukrayna arasında yeni görüş yaxın günlərdə keçirilə bilər
ABŞ və Ukrayna arasında yeni görüş yaxın günlərdə keçirilə bilər.

APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Amerikalı tərəfdaşlar dünən Avropanın reaksiyasını da aldılar. İndi bütün bu reaksiyalardan sonra mən düşünürəm ki, Amerika tərəfi Rusiya tərəfi ilə əlaqə saxlayacaq və bundan sonra ABŞ-da Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş keçiriləcək. Mən hesab edirəm ki, bu, yaxın günlərdə, bəlkə həftə sonu, bəlkə bir az sonra ola bilər”, - Ukrayna Prezidenti qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]