Bessent: ABŞ sanksiyaları Maduronu çətin vəziyyətə salıb

17-12-2025, 12:44           
Bessent: ABŞ sanksiyaları Maduronu çətin vəziyyətə salıb
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiyaları bu ölkəni çətin vəziyyətə salıb.

Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

"Venesuela nefti uzun illərdir sanksiyalar altındadır. Lakin indi Prezident Tramp təşəbbüs göstərib. Venesuelanın sanksiya altında olan neftini daşıyan gəmilər yoxlanılıb və biz həmin gəmiləri məhz bu səlahiyyətlə ələ keçiririk. Mən inanıram ki, Maduro rejimi çıxılmaz vəziyyətdədir", - Bessent bildirib.

Qeyd edək ki, 10 dekabr tarixində ABŞ Prezidenti Donald Tramp Venesuela sahillərində böyük bir neft tankerinin ələ keçirildiyini elan edib. Baş prokuror Pem Bondi isə daha sonra ələ keçirilən tankerin Venesueladan, eləcə də İrandan neft daşınmasında istifadə edildiyindən şübhələndiklərini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru