Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

17-12-2025, 10:18           
Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb
Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 281,1 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm ifadəsində isə 191,3 min ton və ya 3,1 dəfə çoxdur.
Qeyd olunan dövrdə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci yeri tutub.

Onu da qey edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru