Daha bir sosial platforma Rusiyada bloklanacaq

17-12-2025, 17:44           
Daha bir sosial platforma Rusiyada bloklanacaq
Rusiyada Yutubun yaxın 6 ay – 1 il ərzində tam bloklanması gözlənilir.
TEREF Bakupost.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib.

“Bu, platformanın hələ də mövcud Rusiya qanunvericiliyinə məhəl qoymaması ilə əlaqədardır. Öz məzmunlarını paylaşmaq üçün bu platformadan istifadə edən hər kəs maksimum dərəcədə qısa müddət ərzində Rutub, VK Video və sair kimi alternativlərə keçməlidir”, – Svintsov bildirib.

Xatırladaq ki, Yutubun Rusiya seqmentində məhdudiyyətlər 2024-cü ilin yayından tətbiq edilməyə başlayıb.

“Roskomnadzor” həmin vaxt 200-dən çox Rusiya kanalının silinməsi səbəbilə platformaya girişin məhdudlaşdırıldığını açıqlamışdı. Ölkənin böyük mobil operatorları isə 2024-cü ilin dekabrından platformada videoizləməni faktiki bloklayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]