ABŞ Böyük Britaniya ilə 40 milyard dollarlıq müqaviləni dayandırıb - KİV

17-12-2025, 09:58           
ABŞ Böyük Britaniya ilə 40 milyard dollarlıq müqaviləni dayandırıb - KİV
ABŞ Böyük Britaniya ilə 40 milyard dollarlıq texnologiya müqaviləsini dayandırıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ və “Financial Times” qəzetləriməlumat yayıb.

Adı açıqlanmayan Britaniya rəsmiləri, müqavilənin ötən həftə ABŞ tərəfindən dondurulduğunu təsdiqləyiblər. Vaşinqtonun texnologiya tərəfdaşlığından kənar ticarət məsələlərində Böyük Britaniyadan güzəştlər tələb etdiyi bildirilir.

Ağ Ev hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ABŞ Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşıdır və ABŞ texnologiya şirkətləri ölkədəki əməliyyatlara milyardlarla dollar sərmayə qoymağa davam edir. Bununla belə, Tramp administrasiyası ticarət əlaqələrində daha çevik qaydalar və daha geniş bazara çıxış tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]