Arktikada havanın temperaturu rekord göstəricilərə çatıb

17-12-2025, 12:08           
Arktikada havanın temperaturu rekord göstəricilərə çatıb
2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər olan dövrdə Arktikada havanın temperaturu 1900-cü ildən bəri ən yüksək səviyyədə olub.

Bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.

NOAA-nın məlumatına əsasən, hava və su temperaturunun artması buzlaqların əriməsinə və Arktika landşaftının dəyişməsinə səbəb olub. Bununla əlaqədar dəniz səviyyəsinin yüksəlməsi sunami və daşqın risklərini artırır.

Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularını çirkləndirir. Hesabatda, həmçinin bildirilir ki, son on il müşahidələr tarixində Arktika üçün ən isti dövr olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru