İranlı hakerlər İsrailin keçmiş baş nazirinin telefonunu sındırıblar

18-12-2025, 08:25           
İranlı hakerlər İsrailin keçmiş baş nazirinin telefonunu sındırıblar
İrana bağlı olan “Handala” adlı haker qrupu İsrailin keçmiş baş naziri Naftali Bennettin mobil telefonuna kiberhücumla sındırdıqlarını iddia edib.

"32gun.az" xəbər verir ki, Qrup bununla bağlı yaydığı açıqlamada Bennettə ünvanlı istehzalı mesaj da paylaşıb. Hakerlər bildiriblər ki, bir vaxtlar kibertəhlükəsizlik sahəsində nümunə kimi təqdim olunan şəxsin “iPhone 13” model telefonunun “asanlıqla ələ keçirilməsi” iddia edilən hücumun ironik tərəfidir.

Açıqlamada Bennettin “rəqəmsal qalasının kağız divar kimi dağıldığı” ifadə olunub. Məsələ ilə bağlı keçmiş baş nazirin ofisi açıqlama verərək bildirib ki, iddialar müvafiq təhlükəsizlik və kibertəhlükəsizlik qurumları tərəfindən araşdırılır.

Qeyd olunub ki, sözügedən mobil cihaz hazırda istifadədə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]