Sırski hazırda Kupyansk və Pokrovsku əslində kimin nəzarət etdiyini açıqladı

18-12-2025, 09:44           
Sırski hazırda Kupyansk və Pokrovsku əslində kimin nəzarət etdiyini açıqladı
“Kupyanskın 90 faizi bizimdir”: Sırski ВСU-nun uğurunu açıqladı
Ukraynanın Müdafiə Qüvvələri işğalçıları Kupyanskdan geri oturtmağa və şəhər ərazisinin təxminən 90 faizinə nəzarəti bərpa etməyə nail olub.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn”) 32-ci iclasında bildirib.

“Fəal axtarış-zərbə əməliyyatları sayəsində işğalçıları Kupyanskdan geri oturtduq və şəhər ərazisinin təxminən 90 faizinə nəzarəti bərpa etdik”, – deyə baş komandan vurğulayıb.

Sırski həmçinin Pokrovsk istiqamətindəki vəziyyət barədə də məlumat verib. Onun sözlərinə görə, düşmən artıq 17 aydan çoxdur ki, Pokrovsku ələ keçirməyə çalışır. Lakin Ukrayna bölmələri müdafiəni möhkəm saxlayır və təşəbbüsü ələ almağa başlayıb.

“Əks-hücum əməliyyatları nəticəsində şəhərin şimal hissəsində 16 kvadrat kilometr əraziyə nəzarət bərpa olunub. Həmçinin Pokrovskun qərbində yerləşən Qrişino, Kotlino və Udaçnoye yaşayış məntəqələri ətrafında 56 kvadrat kilometr ərazi geri qaytarılıb”, – deyə Sırski qeyd edib.

Xatırladaq ki, daha əvvəl Kupyanskda rus hərbçilərinin qaz boruları vasitəsilə irəliləməyə çalışdığı, lakin Ukrayna Silahlı Qüvvələrinin bunun qarşısını dərhal aldığı barədə məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]