Corc Stinney ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insan idi.

20-12-2025, 00:01           
Corc Stinney ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insan idi.
Elektrik stuluna bağlanıb, e*dam ediləndə cəmi 14 yaşı varıydı. Öldürüləcəyi günə qədər günahsız olduğunu dedi. O, 11 yaşlı Betti və 7 yaşlı Mari adlı qızları öldürməkdə təqsirləndirilirdi. Bunun səbəbi isə Corcun onların öldürüldüyü evin yaxınlığında tapılmasıydı. Məhkəmədəki bütün hakimlər ağdərili idi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza 10 dəqiqə sonra verildi. Öldürülməzdən əvvəl Corc valideynlərini görmədən 81 gün keçirtdi. Ailəsiylə təmas qurması qadağan olunmuşdu. Yaşadığı yerdən 80 km uzaqlıqda, onu müdafiə etməsi üçün bir vəkil belə təyin olunmamışdı. Başına 5380 volt elektrik verildi və əzab içində dünyasını dəyişdi.
Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadaki bir hakim tərəfindən isbat olundu. İki qızın öldürüldüyü alət 19.07 kiloqramdan ağır idi, buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi, iki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yoxuydu. Uşaq günahsızıydı, sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və 14 yaşında ikən bəlkə də minlərlə gözəllik yaşayacağı həyatı əlindən alındı. Stiven Kinq Stinneyin hekayəsini eşidəndən sonra çox təsirlənir, 1996-cı ildə "Green Mile" - Yaşıl yol" kitabını yazır, sonra isə eyniadlı film çəkilir.
Nəsibə Babayeva.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]