Amerikalılar Trampla bağlı qərar verdilər

19-12-2025, 11:18           
Amerikalılar Trampla bağlı qərar verdilər
ABŞ prezidenti Donald Trampın fəaliyyətini amerikalıların cəmi 41 faizi müsbət qiymətləndirir.

Referans Media xəbər verir ki, bu barədə Emerson College Polling tərəfindən dərc olunan sorğunun nəticələrində bildirilib.

Sorğuya əsasən, ilin əvvəlindən Trampın reytinqi 8 faiz bəndi azalıb. Belə ki, yanvar ayında onun fəaliyyətini bəyənənlərin payı 49 faiz təşkil edirdi.

Respondentlərə həmçinin, 2026-cı ildə keçirilməsi planlaşdırılan Konqresə aralıq seçkilər hazırda baş tutsa, kimə səs verəcəkləri ilə bağlı sual ünvanlanıb. 44 faiz demokrat, 42 faiz respublikaçı namizədi dəstəkləyəcəyini bildirib. Qalan iştirakçılar isə hələ qərar vermədiklərini deyiblər.

Sorğu nəticələri göstərib ki, amerikalıları ən çox ölkədəki iqtisadi vəziyyət narahat edir. Daha sonra demokratiyanın vəziyyəti, səhiyyə sisteminin durumu və immiqrasiya məsələləri gəlir.

Araşdırma 14–15 dekabr tarixlərində aparılıb. Sorğuda rəsmi qeydiyyatdan keçmiş seçici statusuna malik təxminən 1000 nəfər iştirak edib.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]