Tramp marixuananın istifadəsinə dair məhdudiyyətləri yumşaltdı

19-12-2025, 17:44           
Tramp marixuananın istifadəsinə dair məhdudiyyətləri yumşaltdı
ABŞ Prezidenti Donald Tramp ABŞ-də federal səviyyədə marixuananın istifadəsinə dair mövcud məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan fərman imzalayıb.

TASS xəbər verir ki, bu barədə prezident sənədi imzalamazdan əvvəl Ağ Evin Oval kabinetində açıqlama verib.

"Bu gün marixuananın tibbi məqsədlər üçün istifadəsinin əsaslı sayıldığı tənzimlənən maddələrin birinci kateqoriyasından üçüncü kateqoriyasına keçirilməsini nəzərdə tutan icra fərmanını imzalayacağımı elan etməkdən məmnunam", - deyə dövlət başçısı bildirib.

ABŞ prezidenti vurğulayıb ki, bu, marixuananın hər hansı formada leqallaşdırılması demək deyil və onun istirahət məqsədli narkotik vasitə kimi istifadəsinə heç bir şəkildə icazə vermir".

Qeyd olunur ki, üçüncü kateqoriyaya birinci və ikinci kateqoriyaya daxil olan maddələrlə müqayisədə daha az fiziki və ya psixoloji asılılıq yarada bilən preparatlar daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]