Ağ Evdə keçmiş prezidentlərin portretlərinin altına istehzalı sözlər olan lövhələr asılıb

19-12-2025, 12:28           
Ağ Evdə keçmiş prezidentlərin portretlərinin altına istehzalı sözlər olan lövhələr asılıb
Ağ Evdə keçmiş ABŞ prezidentlərinə istehza edilən lövhələr asılıb.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "NBC" telekanalına müsahibəsində məlumat verib.

"Co Baydenin (keçmiş prezident - red.) portretini əvəz edən avtoqələmin altındakı yazıda o, "Yuxulu Co Bayden" adlandırılır və "ABŞ tarixinin ən pis prezidenti" kimi təqdim edilir", - deyə telekanalın məlumatında bildirilib.

Portretin altındakı mətndə həmçinin keçmiş prezidentin "ciddi zehni geriləməsi", "cinayətkar ailəsi" və Baydenin "radikal solçu kuratorları" haqqında şərhlər də yer alır.

Bill Klintonun lövhəsində qeyd edilib ki, Tramp 2016-cı il prezident seçkisində onun həyat yoldaşı Hillari Klintonu məğlub edib. Barak Obamanın portretinin altındakı təsvirdə o, "ABŞ tarixinin ən təzadlı şəxsiyyətlərindən biri" kimi xarakterizə edilir.

Telekanalın məlumatına görə, Ağ Evin qərb qanadındakı "Prezident şöhrət xiyabanı"nda keçmiş ABŞ liderlərinin hər birinin portretinin altında oxşar təsvirlər yer alıb. Tramp öz fotoşəklinin altında ilk prezidentlik müddətində (2017-2021) və 2025-ci ildə ikinci müddətinin əvvəlində qazandığı nailiyyətləri sadalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]