Dərhal azad edin! - Quterreşdən çağırış

20-12-2025, 11:34           
Dərhal azad edin! - Quterreşdən çağırış
Ötən gün husilərin de-fakto hakimiyyət orqanları tərəfindən 10 BMT əməkdaşı əsassız şəkildə saxlanılıb.
Bu barədə danışan BMT Baş katibi Antonio Quterreş bütün əməkdaşların qeyd-şərtsiz azad edilməsinə çağırıb.

Baş katib bildirib ki, bu cür hadisələr nəticəsində yardıma ehtiyacı olan milyonlarla insanın həyati əhəmiyyət daşıyan humanitar yardıma çıxışı məhdudlaşır.

Qeyd edək ki, husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının sayı 69-a çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]