ABŞ-də qalmaqallı "Epşteyn işi" ilə bağlı sənədlərin bir hissəsi dərc olundu
20-12-2025, 11:17
ABŞ Ədliyyə Nazirliyi qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin bir hissəsini dərc edib.
Bu barədə "CBS News" məlumat yayıb.
Nazirlikdən bildirilib ki, burada məxfi sayılan şəxsi məlumatlar və ya cinsi məzmunlu materiallar da yer ala bilər.
Qeyd edək ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qızı Manhettendəki evində və şəxsi adasında fahişəliyə cəlb edib. Həmin qızlardan ən kiçiyinin 14 yaşında olduğu müəyyən edilib. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında intihar edib.