Hizbullah və “İŞİD” arasında savaş qızışdı

11-06-2015, 11:38           
Hizbullah və “İŞİD” arasında savaş qızışdı
Hizbullah baş katibi Seyid Həsən Nəsrullah, ABŞ-İsrail və müttəfiq ölkələrin qurduğu və dəstəklədiyi “İŞİD”in dünən Livanın Bəka vilayətinə bağlı Baalbek bölgəsində Hizbullaha aid obyektlərə hücum etməsini şərh edib.
Dünya KİV-ləri xəbər verir ki, Beyrutda təşkil edilən konfransda danışan Seyid Həsən Nəsrullah, "”İŞİD'in, Baalbek bölgəsində Hizbullaha aid obyektlərə hücumu aramızda olan müharibəni faktiki olaraq başlatmışdır. İgidcəsinə döyüşən Hizbullah qüvvələri onlarla “İŞİD” terrorçusunu öldürüb, bir o qədərini də yaralayıb. Müharibəni “İŞİD” başlatdı amma biz qalib gələcəyik" deyib.

“İŞİD” terrorçularının Livan sərhədlərindən təmizlənə qədər müharibənin davam edəcəyini ifadə edən Seyid Həsən Nəsrullah, "döyüşçülərimiz Qələmun bölgəsində də Nusra Cəbhəsinə qarşı uğurlu əməliyyatlar həyata keçirir." deyə danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]