Amerikalılardan Trampın İrana hücumuna reaksiya…

Bu gün, 10:24           
Amerikalılardan Trampın İrana hücumuna reaksiya…
ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatla bağlı ABŞ-da aparılan ictimai rəy sorğularının nəticələrinin onu narahat etmədiyini deyib.

TEREF xəbər verir ki, Tramp açıqlamasında bildirib:

“Rəy sorğuları mənim üçün vacib deyil. Düzgün hesab etdiyim işi görürəm. Bu addım çoxdan atılmalı idi… Mən düşünmürəm ki, göstəricilər aşağıdır. Amma məsələ sorğular deyil. Dəlilər tərəfindən idarə edilən bir ölkənin nüvə silahına sahiblənməsinə icazə vermək olmaz”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Ipsos şirkətinin Reuters agentliyi üçün keçirdiyi sorğuya əsasən, amerikalıların 30 faizindən azı İrana endirilən zərbələri dəstəkləyir.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]