Şotlandiyada yeni dəfn üsulu: 120 ildən sonra ilk dəyişiklik

3-03-2026, 17:18           
Şotlandiyada yeni dəfn üsulu: 120 ildən sonra ilk dəyişiklik
Şotlandiya Böyük Britaniyada "su kremasiyası" kimi tanınan hidroliz proseduruna rəsmi şəkildə icazə verilən ilk region olub.

Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.

Yeni qaydalar parlament tərəfindən təsdiqləndikdən sonra metod martın 2-dən qüvvəyə minib. Bu, ölkədə son 120 il ərzində tətbiqinə icazə verilən ilk yeni dəfn forması hesab olunur.

Hidroliz ənənəvi dəfn və kremasiyaya daha ekoloji alternativ kimi təqdim edilir. Prosedur zamanı cəsəd isti su və kalium hidroksid məhlulu olan xüsusi kameraya yerləşdirilir. Məhlul toxumaların təbii parçalanma prosesini sürətləndirir. Mərhum əvvəlcədən yun və ya ipəkdən hazırlanmış, bioloji parçalana bilən kəfənə bükülür.

Proses başa çatdıqdan sonra yaxınlarına steril amin turşuları, duzlar və şəkərlərdən ibarət maye məhlul təqdim olunur. Bu məhlul gübrə kimi istifadə edilə və ya adi tullantı kimi utilizasiya oluna bilər. Sümük qalıqları isə xırdalanaraq kremasiyadan sonrakı kül kimi ailəyə təhvil verilir.

2023-cü ildə keçirilmiş ictimai müzakirələr zamanı iştirakçıların 84 faizi yeniliyi dəstəkləyib. İlk prosedurların 2026-cı ilin yayında həyata keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru