Əraqçi: "İranın qonşu ölkələrlə problemi yoxdur"

4-03-2026, 07:24           
Əraqçi: "İranın qonşu ölkələrlə problemi yoxdur"
İranın qonşu ölkələrlə problemi yoxdur, İslam Respublikası ABŞ-nin bazaları olan əraziləri hədəf alır.
"Report" xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

"Bizim qonşu ölkələrlə işimiz yoxdur, biz bu ölkələrdə məskunlaşan Amerika əsgərləri ilə qarşı-qarşıyayıq" , - o bildirib.

Əraqçi Küveytin hava məkanında vurulan 3 qırıcı təyyarəyə də toxunub:

"Küveytlilər deyirdilər ki, onların bazalarından İrana qarşı hücum məqsədilə istifadə edilməyəcək, bəs bu gün vurulan həmin 3 qırıcı Küveyt torpaqlarında nə edirdi?".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru