Hörmüz boğazında gəmilərin hərəkəti 90% azalıb: İran yolu tamamilə bağladığını elan etdi

5-03-2026, 07:34           
Hörmüz boğazında gəmilərin hərəkəti 90% azalıb: İran yolu tamamilə bağladığını elan etdi
Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazında dəniz trafiki ötən həftə ilə müqayisədə 90% azalıb.

"BBC"-nin yaydığı məlumata görə, bir çox neft tankeri İranın hücumuna məruz qalmamaq üçün bu su yolundan keçməkdən imtina edir. Trafikin kəskin azalmasının digər mühüm səbəbi isə iri sığorta şirkətlərinin Fars körfəzində fəaliyyət göstərən gəmilər üçün hərbi risk sığortasını ixtisar etməsi və ya tamamilə ləğv etməsidir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə bildirib ki, İran Hörmüz boğazında neft tankerləri, ticarət və balıqçılıq gəmiləri də daxil olmaqla bütün növ nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyub. Bu qərar bölgədəki hərbi gərginliyin pik həddə çatdığını göstərir.

SEPAH komandanının müşaviri İbrahim Cabari isə daha sərt bəyanatla çıxış edərək, boğazdan keçməyə cəhd edən istənilən gəminin məhv ediləcəyini vurğulayıb. O əlavə edib ki, İran zərurət yarandığı təqdirdə Yaxın Şərqdəki bütün boru kəmərlərinə zərbə endirməyə və regiondan neft ixracını tamamilə bloklamağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru