Rusiya Ukraynada geri oturdulur. Kiyev də dönüş gözləməsin
5-03-2026, 09:44
Rusiya qüvvələri Ukraynada ən azı son iki ildə ilk dəfə ərazi itirib, Ukrayna qüvvələri kiçik uğur qazanır, Rusiya qoşunlarını geri oturdur. Bunu döyüş ekspertləri, açıq mənbələrlə işləyən tədqiqatçılar deyirlər. Ancaq Ukrayna ordusu ilə əlaqəli "DeepState" açıq mənbə qrupu və Finlandiyanın "Black Bird Group" araşdırma qurumu bildirir ki, müharibədə durum tamamilə Ukraynanın xeyrinə dəyişməyib. Bu arada Rusiyanın beşinci ilə keçmiş müharibəsinin, demək olar, dalana dirənməsi üzrə konsensus da artır: Moskva qəti şəkildə hədəflərinə çata, Kiyev isə işğalçı qüvvələri ölkədən çıxara bilmir. AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekkel Rusiyanın 1 min 100 kilometrlik cəbhə xəttinin böyük hissəsində cüzi üstünlüyünü hələ də saxladığını yazır. azadliq