İran İsrailə “nüvə xəbərdarlığı” edib

5-03-2026, 15:38           
İran İsrailə “nüvə xəbərdarlığı” edib
ABŞ və İsrail İslam Respublikasında rejim dəyişikliyinə cəhd edərsə, İran İsrailin Dimona şəhərindəki nüvə reaktorunu partladacaq.

"DogruXeber.tv" xəbər verir ki, bu barədə İSNA agentliyinin məlumatında bildirilib.

Xəbərdə deyilir: “İran hərbi rəsmilərindən biri xəbərdarlıq edib ki, ABŞ və İsrail İranda rejim dəyişikliyinə cəhd edərsə, Tehran Dimona nüvə reaktorunu hədəf alacaq”.

Lakin İran və ya İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

“Pars Today” qəzetinin verdiyi məlumata görə, İran İsrail Müdafiə Nazirliyinin qərargahına zərbə endirdiyini və bunun nəticəsində böyük dağıntılara səbəb olduğunu bildirib.

SEPAH İraq Kürdüstanındakı kürd qruplaşmalarının qərargahına üç raket zərbəsi endirdiyini bildirib.

Tehran həmçinin ABŞ-ın İordaniyadakı hərbi bazasına, İraqda BP-yə məxsus “Əl-Ramil” neft quyularına zərbələr endirdiyini, Küveyt və Bəhreyndə partlayışlar baş verdiyini bildirib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumlarında İranın Ali Lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru