SEPAH-ın həyasız PAYLAŞIMI - FOTO

5-03-2026, 16:12           
SEPAH-ın həyasız PAYLAŞIMI - FOTO
Xəbər verdiyimiz kimi, Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb.

Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanallarından birində Naxçıvan hava limanına dron hücumu ilə bağlı paylaşım edilib.

Həmin kanal “Reuters” agentliyinə istinadə edərək, sanki kənar bir müşahidəçi kimi Naxçıvanın bombalanmasını paylaşıb.

Qeyd edək ki, hazırda İranın hərbi elitası başsızdır və SEPAH-ın əlinə bir fürsət düşüb, sağa-sola bomba atır. SEPAH Tükiyəni, Azərbaycanı və İslam dünyasını İrana qarşı qaldırır.

Xatırladaq ki, dünən İrandan buraxıldığı və İraqla Suriya hava məkanından keçərək Türkiyə istiqamətinə yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizi üzərində NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru